22 iyun 2025 20:27
145

Türkiyədə 26 qeyri-qanuni miqrant və 2 miqrant qaçaqmalçısı saxlanılıb

Bodrumda (Türkiyə) 26 qeyri-qanuni mühacir və 2 miqrant qaçaqmalçısı saxlanılıb.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, Sahil Mühafizə Komandanlığına iyunun 20-də saat 04:05 radələrində Bodrum sahillərində rezin qayıqda qeyri-qanuni mühacirlərin olduğu barədə məlumat daxil olub. Əməliyyata başlayan qruplar 8-i uşaq olmaqla 26 qaçaq miqrant və 2 qaçaqmalçı miqrant şübhəlisini saxlayıb. Sahilə çıxarılan qeyri-qanuni immiqrantlar Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib, miqrant qaçaqmalçı şübhəliləri isə Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən saxlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”