22 iyun 2025 20:42
125

Türkiyədə meşə yanır

Aydının (Türkiyə) Söke rayonunda əkin sahəsində baş verən yanğın meşəyə keçib.

İki sahil” DHA-ya istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 16:30 radələrində başlayıb.

Məlumata görə, alov küləyin təsiri ilə geniş əraziyə yayılaraq meşəyə keçib. Ərazidəki insanların xəbərdarlığı ilə bölgəyə 3 təyyarə, 9 helikopter, 20 su maşını, 6 su tankeri və 3 buldozer cəlb edilib.

Yaşayış sahələrinə yaxın olan yanğına havadan və yerdən müdaxilənin davam etdiyi bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”