23 iyun 2025 18:26
103

Vuçiç: Serbiya hərbi sursat ixracını tamamilə dayandırıb

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin hərbi sursat ixracını tamamilə dayandırdığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

O, bildirib ki, istehsal olunan bütün məhsullar ölkə ordusu üçün Serbiya anbarlarına göndərilir.

"Biz indi sursat ixrac etmirik, hər şeyi dayandırmışıq. Təchizatlar üçün ayrıca və xüsusi qərarlar qəbul edilməlidir", - deyə, Aleksandr Vuçiç jurnalistlərə bildirib.

Xatırladaq ki, bu gün Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Serbiyanın müdafiə zavodlarında istehsal olunan sursat Ukraynanın maraqları naminə NATO ölkələrinə yığılmaq üçün tam dəsti şəklində göndərilir.