25 iyun 2025 10:05
105

Abbas Abbasov: Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır

Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda bildirib.

Onun sözlərinə görə, Qvadelup Fransa kolonializmindən əziyyət çəkir:

"İnanıram ki, beynəlxalq hüquq çərçivəsində onun müstəqilliyinə nail olunacaq”.

A.Abbasov deyib ki, Qvadelupda yaranmış iqtisadi asılılıq və sosial bərabərsizlik Fransanın müstəmləkə siyasətinin nəticəsidir:

“Burada işsizlik səviyyəsi 18-20 faizdir. ÜDM-in 80 faizi dövlət dəstəyi hesabına formalaşır ki, bu da iqtisadi asılılığın göstəricisidir. Qvadelupa məxsus maddi və mədəni irsin qorunması tədbirləri hələ də lazımi səviyyədə həyata keçirilmir. Biz BTQ olaraq, müasir dünyada kolonializmin yeni növlərini qəbul etmirik. Biz Qvadelupun sosial-iqtisadi və mədəni inkişafını dəstəkləyirik”.