25 iyun 2025 10:11
104

Qvadelup Beynəlxalq Cəbhəsi: Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq

Fransa Qvadelup ərazisində müstəmləkəçiliyin yaranmasının günahkarıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda bildirib.

Onun sözlərinə görə, müstəmləkə zülmü yerli əhalinin böyük əzablar çəkməsinə səbəb olub.

"Sərvətlərimizi əlimizdən aldılar, çox qan töküldü, çox insan həlak oldu. Bir çoxları bizi yaşamağa məcbur etdikləri iqlim şəraitinə tab gətirmədilər. Buna baxmayaraq, qadınlarımız və uşaqlarımız qürurla mübarizə apardılar - onların cəsarəti bizim silahımız oldu", - o qeyd edib.

Jan-Pyer vurğulayıb ki, Qvadelup xalqı köləliyə və müstəmləkə siyasətinin davam etdirilməsinə qətiyyətlə "yox" deyir.

"Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq. Nümayiş etdirdikləri həmrəyliyə görə Bakı Təşəbbüs Qrupuna (BTQ) və Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk", - o əlavə edib.