25 iyun 2025 12:01
128

Qvadelup bələdiyyə məclisinin üzvü: Fransadan uzaqlaşıb bütün sahələrimizi yenidən qurmalıyıq

Qvadelup xalqının siyasi suverenliyi heç vaxt təmin olunmayıb. Kənd təsərrüfatımız, ticarət əlaqələrimiz və ümumilikdə iqtisadiyyatımız zəiflədilir. Nəticədə isə iqtisadiyyatımız getdikcə daha çox idxaldan asılı vəziyyətə düşür.

“İki sahil” xəbər verir ki, bu sözləri Qvadelup Kommunist Partiyası İdarə Heyətinin və Port-Luis bələdiyyə məclisinin üzvü Viktor Arten Qvadelup adasına həsr olunmuş konfransda söyləyib.

O deyib: “Biz hüquqi büdcə baxımdan Fransadan uzaqlaşıb, bütün sahələrimizi yenidən qurmalıyıq. Biz ciddi şəkildə sazişləri yenidən tərtib etməliyik. Bütün sahələrimizin müstəqil olmasına çalışaraq, qlobal arenada hərəkətə keçməliyik. Biz asılılıqdan, yoxsulluqdan çıxmaq istəyiriksə, fundamental və öz müqəddəratını təyinetmə hüququmuz üçün çalışmalıyıq”.