25 iyun 2025 15:15
154

Volkswagen şikayətlərlə razılaşdı və...

Volkswagen avtomobil həvəskarlarının avtomobilin bir çox funksiyalarını multimedia ekranı və toxunma açarları vasitəsilə idarə etməyin o qədər də rahat olmadığı barədə şikayətləri ilə razılaşıb.

“İki sahil” xəbər verir ki, Britaniyanın Autocar jurnalının məlumatına görə, gələn il təqdim olunacaq yenilənmiş ID.3 və ID.4 elektromobillərində fiziki düymələrin sayı artırılacaq.

Yenilənmiş Volkswagen-də görünə biləcək idarəetmələrdən birinin multimedia sistemi üçün dairəvi səs dəyişdiricisi olduğu deyilir. Mənbənin qeyd etdiyi kimi, “əgər siz illərdir yaxşı işləyən bir şeyi inkişaf etdirmisinizsə, onu dəyişdirməyin mənası yoxdur”.