26 iyun 2025 17:37
117

Somalinin ətraf mühit və iqlim naziri: Somalinin NDC 3.0 adlı iqlim strategiyasını Bonnda təqdim edirik

Hazırda Almaniyanın Bonn şəhərində mühüm müzakirə üçün buradayıq – bu, iqlim böhranı və onunla necə mübarizə aparacağımız, uyğunlaşma yolları barədədir. Somali iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biridir və Somali hökuməti bu təsirlərə məruz qalan icmaların dayanıqlılığını və uyğunlaşma qabiliyyətini artırmaq üçün ciddi işlər aparır.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Somali Federal Respublikasının ətraf mühit və iqlim naziri Əhməd Məhəmməd deyib.

“Bizim üçün hökumət olaraq, iqlim dəyişmələri və iqlim miqrasiyası ilə bağlı proseslərə rəhbərlik etmək çox vacibdir. Somalinin "Milli Töhfələrə Dəyişikliklər 3.0" (NDC 3.0) adlı iqlim strategiyasını Bonnda təqdim edirik. Bu sənəd, Somali Federativ Hökumətinin rəhbərliyi ilə hazırlanmış mühüm nailiyyətdir və əlaqədar nazirliklərin, tərəfdaş qurumların iştirakı ilə ölkənin iqlim ehtiyaclarını və beynəlxalq ictimaiyyətin bu sahədə necə dəstək verə biləcəyini ortaya qoyur.

Hökumətimizi təmsil edən nümayəndə heyətimiz, müxtəlif nazirliklərin iqlim üzrə təmsilçiləri buradadır. Baş nazirin ofisi bu prosesdə mühüm rol oynayıb və hazırda biz bu planın həyata keçirilməsi istiqamətində geniş müzakirələr aparırıq”, - deyə somalili nazir bildirib.