SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın təcrübəsinə əsasən müxtəlif biznes modellərinin vergitutma prosesinə təsiri, təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı qaz hasilatı, emalı, nəqli və pərakəndə satışı zamanı vergi effektivliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.