26 iyun 2025 18:04
116

Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb

Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Açapaxyan barəsində cinayət işi açıb.

“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Din xadimi hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur.

Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb.