NATO sammitinin yekunları üzrə alyansın 32 üzvü müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmağa söz verib.
“İki sahil”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbəri Pit Heqset brifinqdə bildirib.
"NATO-nun 32 ölkəsi ÜDM-in 5 %-ni müdafiəyə yönəltməyi, faktiki olaraq NATO alyansına sərmayə qoymağı öhdəsinə götürüb", - o qeyd edib.
Pentaqon rəhbəri bunun "tarixi" an olduğunu vurğulayıb.