Qazaxıstan gələn il Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edəcək. Qazaxıstan təşkilatın dövlət başçıları ilə rəqəmsallaşma və süni intellekt mövzusunda görüş keçirmək niyyətindədir.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Tokayev qeyd edib ki, rəqəmsallaşma Aİİ-nin qeyd-şərtsiz prioritetinə çevrilməli və dövlət başçıları səviyyəsində görüşlərdən biri bu mövzuya həsr olunmalıdır.
O əlavə edib ki, gələn il rotasiyaya əsasən Qazaxıstan Aİİ-nin sədri olacaq və Astanada analoji görüşün keçirilməsini gözlənilir. "Yəqin ki, biz bu görüşü, həqiqətən də, süni intellektin inkişafı və rəqəmsallaşma sahəsində səylərin birləşdirilməsi məsələlərinə həsr edəcəyik".