Aİ 2025-ci ildə Ukraynaya 30,6 milyard avro maliyyə dəstəyi göstərəcək. Bu həm də Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlər hesabına baş tutacaq.
“İki sahil” xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.
Sənədi birliyin 27 ölkəsindən 26-sı dəstəkləyib, bir ölkə bitərəf qalıb.
“Aİ Ukraynaya uzunmüddətli perspektivdə müntəzəm və proqnozlaşdırıla bilən maliyyə dəstəyi göstərməyə davam edəcək. 2025-ci ildə Aİ 30,6 milyard avro təqdim edəcək ki, bunun 3,5 milyard avrosu artıq Ukrayna üçün fond çərçivəsində ayrılıb və 7 milyard avro isə G7 təşəbbüsü çərçivəsində ayrılıb. Bunlar dondurulmuş Rusiya aktivlərindən əldə edilmiş gəlirlər hesabına ödəniləcək”, — sənəddə qeyd olunub.