27 iyun 2025 09:43
111

Çinlə imzaladıq, bu ölkə ilə də böyük saziş olacaq - Tramp

ABŞ 25 iyunda Çinlə yeni ticarət razılaşması imzalayıb və tezliklə Hindistanla da oxşar bir saziş bağlayacağına ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bizim qarşımızda əla sazişlər var. Hindistanla da bir saziş baş tuta bilər. Çox böyük bir saziş. Biz Hindistanı Amerika biznesi üçün açacağıq.

Biz bütün ölkələrlə saziş bağlamayacağıq. Bəzilərinə sadəcə məktub göndərəcəyik və bildirəcəyik ki, onlar 25%, 35%, 45% ödəyəcəklər”, – deyə Tramp qeyd edib.