27 iyun 2025 15:23
98

Gürcüstanın Baş naziri: Tikinti işlərinə bu ilin sonunda başlanılacaq

Gürcüstandan Azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Tikinti işlərinə bu ilin sonunda başlanılacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.