27 iyun 2025 15:14
107

Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib

İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.

“İki sahil” bu barədə ASS-a istinadən məlumat verir.

Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılmışdı. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlamışdı. “Rosaviasiya” Rusiya aviaşirkətlərinə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanında uçuşlar həyata keçirməyi qadağan etmişdi.