Rusiya Milli Qvardiyasının Xüsusi Təyinatlı Çevik Dəstəsinin (OMON) əməkdaşları Yekaterinburq şəhərində Azərbaycanın tanınmış jurnalisti, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərovları öldürüblər.
“İki sahil” xəbər verir ki, bu barədə S.Hüseynlinin yaxınları bildiriblər.
Məlumata görə, OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.
Hadisənin dəqiq səbəbi və təfərrüatları hələ məlum deyil.
Qeyd edək ki, S.Hüseynli yaradıcılıq fəaliyyətinə görə bir çox mükafata layiq görülüb.
“AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan kulinariya irsinin təqdimatı barədə paylaşım edib