30 iyun 2025 09:36
120

Faktiki hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

İki sahil” xəbər verir ki, məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 mm-dir.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.