30 iyun 2025 10:50
118

"Ayaks" yeddi futbolçunu komandadan kənarlaşdırıb

Niderlandın "Ayaks" klubu yeddi futbolçusunu komandadan kənarlaşdırıb.

“İki sahil”in "De Telegraaf"a istinadən məlumatına görə, Amsterdam təmsilçisinin texniki direktoru Aleks Kruz həmin oyunçulara kollektivlə məşqlərdə iştirak etməyəcəklərini söyləyib.

Bunlar qapıçı Cey Qorter, mərkəz yarımmüdafiəçiləri Branko van den Bomen, Kristian Hlinsson, hücumçular Kristian Rasmussen, Çuba Akpom və sol cinah vingerləri Borna Sosa ilə Karluş Forbşdur.

Klub heyətini gücləndirmək üçün vəsait toplamaq məqsədi ilə sözügedən futbolçuların hamısını satmağı planlaşdırır.