30 iyun 2025 14:21
201

Agsu RQİİ-nin rəhbərliyi Şamaxı və Qobustan rayonlarında vətəndaş qəbulu keçirib

"Azəriqaz" İB-nin Agsu Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Elşən Rəhimovun iştirakı ilə Şamaxı və Qobustan rayonlarında vətəndaş qəbulu baş tutub.

“İki sahil” xəbər verir ki,  qəbula üz tutan sakinlərin qaz təsərrüfatı, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, təbii qaza görə yaranmış borcun hissə-hissə ödənilməsi  ilə bağlı müxtəlif məzmunlu problemləri dinlənilib.

Agsu RQİİ-nin baş mühəndisi E.Rəhimov hər bir vətəndaşın müraciətini fərdi olaraq dinləyib, müraciətlərin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin araşdırılması üçün müvafiq tapşırıqlar verib. Müəyyən məsələlər yerində həllin tapmışdır.