30 iyun 2025 20:08
246

Elm və təhsil naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyib

İyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaşların müraciətlərini dinləyib.

“İki sahil” xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Vətəndaşlar qəbulda iş yerinin dəyişdirilməsi, fəxri adların verilməsi, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.