Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların yas mərasimi iyulun 5-i (şənbə günü) Heydər məscidində keçiriləcək.
“İki sahil” xəbər verir ki, mərasim saat 11:00-dan etibarən başlayacaq. Kişi və qadın məclisi eyni saatda baş tutacaq.
Xatırladaq ki, ötən gün Ağcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi keçirilib. Daha sonra isə onlar dəfn olunublar.