04 iyul 2025 17:30
125

Son bir həftədə təbiətə 81 min manatdan çox ziyan vurulub

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında, eyni zamanda İmişli və Füzuli rayonları ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub və yaşıllıqlara ümumilikdə 81470 manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.