04 iyul 2025 18:29
118

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, rayonlara yağış yağır - FAKTİKİ HAVA

İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.