Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.
“İki sahil” xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Sözügedən maddədə Naxçıvan MR-in ali vəzifəli şəxsinin səlahiyyətləri də əksini tapıb.
Qanun layihəsində həmin maddənin ləğv edilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar