Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, TDT Baş katibi bu barədə "X"də yazıb.
"Diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin işinizə sədaqətiniz ölkənin beynəlxalq arenadakı maraqlarının təşviqinə əhəmiyyətli töhfə verir. Sizə bu önəmli diplomatik missiyada uğurlar arzulayıram", - o qeyd edib.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar