11 iyul 2025 11:11
487

Bu il ölkə ərazisində qanunsuz ovetmə faktlarının sayı açıqlanıb

2025-ci ilin 6 ayı ərzində ölkə ərazisində 85 qanunsuz ovetmə faktı aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-in sualına cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, qanunsuz ovetmə faktları ilə bağlı 84 protokol tərtib edilib və 1 cinayət işi açılıb.

"Bu ilin ötən müddəti ərzində qanunsuz ov edənlər arasında 10 xarici ölkə vətəndaşı olub", - deyə o qeyd edib.