14 iyul 2025 13:45
124

"Air India"dan qəza ilə bağlı açıqlama

"Air India" şirkətinin rəhbəri Kempbell Uilson iyun ayında Boeing-in qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin hesabatın dərcindən sonra ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, Hindistanın Hava Qəzalarının Təhqiqat Agentliyi təyyarədə və ya onun mühərriklərində texniki problem aşkar etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

"Bütün məcburi texniki xidmət işləri tamamlanıb" - deyə Uilson heyətə yazdığı məktubda qeyd edib. Həmçinin qeyd edilib ki, yanacaq keyfiyyəti və ya uçuş anomaliyaları olmayıb. Pilotlar məcburi alkotester testlərindən və tibbi müayinədən keçiblər.

Hindistanın Kommersiya Pilotları Assosiasiyası qəzanın pilot səhvi nəticəsində baş verdiyi qənaətini rədd edib.