14 iyul 2025 14:59
237

"Ölkəmizdə tərəqqinin başlanğıcı -56"

YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr edilmiş "Ölkəmizdə tərəqqinin başlanğıcı -56" adlı tədbir keçirib.
 
“İki sahil” xəbər verir ki,  öncə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə əziz ehtiramlarını bildiriblər.

Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və  suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədr müavini Elmeddin Əsgərxanov məruzəsində Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 56-cı ildönümünün böyük fəxarət və qürur hissi ilə qeyd edildiyini önə çəkib. Bildirib ki, Azərbaycanda böyük tərəqqi və inkişaf yolu məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlayıb. Bütün varlığı ilə xalqımıza və dövlətimizə bağlı olan Heydər Əliyevin nurlu ideyaları bugünkü qüdrətli Azərbaycanı daha parlaq gələcəyə aparır.

Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının fəalları, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov bildiriblər ki, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalq qarşısında xidmətləri unudulmazdır. Ulu öndərin hakimiyyətə gəlişi Azərbaycanda böyük tərəqqi və inkisafin başlanğıcı oldu və bugünkü Qələbələrin, Zəfərlərin sarsılmaz təməlinə çevrildi. 

Tədbrin sonunda xatirə şəkli çəkdirilib.