14 iyul 2025 15:17
114

Estoniya hakimiyyəti Rus Teatrının adından “rus” sözü çıxarıldı - QƏRAR

Estoniyanın mədəniyyət naziri Haydi Purqa Rus Teatrının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. İndi həmin mədəniyyət ocağı Südalinna Teatrı adlanır. Eyni zamanda, teatr öz nizamnaməsini yeniləyib.

“İki sahil” xəbər verir ki,  bu barədə ERR yayım şirkəti məlumat yayıb.

Südalinn teatrın yerləşdiyi Tallin şəhərinin mərkəzində rayondur. Mədəniyyət müəssisəsinin rəhbərliyi yeni adı yaxşı hesab edir. Yenilənmiş nizamnamədə onun müəllifləri teatrın missiyasını vurğulayırlar: Estoniya mədəniyyətini inkişaf etdirmək, müxtəlif mədəniyyətlərin və dillərin nümayəndələrinin teatra çıxışını təmin etmək və sosial əhəmiyyətli mövzular vasitəsilə sosial birliyi təşviq etmək.

Teatr rus dilində tamaşalarını davam etdirəcək.

Estoniyanın Mədəniyyət Nazirliyi 2026-cı ildə teatra dövlət tərəfindən ayrılan vəsaiti 15% azaltmaq qərarına gəlib. Qurumun 2025-ci ildə büdcəsi 4,8 milyon avro olub, bunun 2,5 milyon avrosu dövlət subsidiyaları olub. ERR qeyd edir ki, teatr ildə təxminən 386.000 avro itirəcək ki, bu da istər-istəməz onun fəaliyyətinə təsir göstərəcək.