14 iyul 2025 17:44
151

Dövlət Komitəsinin sədri Ağsu şəhərində məscidlərin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu şəhərindəki "Nuranxatun" və "Hacı Alcan-Hacı Almaxanım məscidlərini ziyarət edib.

Komitədən "İki sahil"ə verilən məlumata görə, ziyarət çərçivəsində komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib.

R.Məmmədov bildirib ki, Azərbaycan dünyəvi dövlət modelinə əsaslanan, eyni zamanda öz tarixi-mədəni və mənəvi irsinə dərin hörmətlə yanaşan ölkədir:

"Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanlar, əlverişli şərait yaradılıb. Din xadimlərinin dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam düşüncə ilə yetişdirilməsi istiqamətində fəaliyyətləri mühüm əhəmiyyət kəsb edir".