16 iyul 2025 10:18
124

İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində sədr seçkiləri başa çatdı

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində keçirilmiş ümumi yığıncağın nəticələrinə əsasən, təşkilatın fəaliyyətinin növbəti mərhələsi üçün sədr seçkiləri həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  səsvermənin yekunlarına uyğun olaraq Əsgərov Xəyyam yenidən yekdilliklə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri seçilib.

Müzakirələrdə Birliyin uzunmüddətli fəaliyyətində ardıcıllığın qorunması və strateji hədəflərin davamlı icrasının təmin olunması xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər həyata keçirilmiş əvvəlki dövrün uğurlu nəticələri yeni mərhələdə də “İMZA”nın cəmiyyətə xidmət missiyasının daha da möhkəmləndiriləcəyinə inam yaradır.

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Əsgərov Xəyyamı bu mühüm təyinat – sədr vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayır.