Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.
Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək:
- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan "Icra haqqında" Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;
- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin "İcra məmurları haqqında" Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.
Qeyd edək ki, bu günə qədər müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.
XİN: Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür
Qərbi Azərbaycan İcması Ermənistanın mövqeyini Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi dəyərləndirib
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib