16 iyul 2025 16:51
154

Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində cari ilin ilk 6 ayının nəticələrinə dair iclas keçirilib.

“İki sahil” xəbər verir ki,  iclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Bahar Muradova ailə, qadın və uşaq məsələləri sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər və icra olunan layihələr haqqında ətraflı məlumat verib. Dövlət proqramlarının icrası ilə bağlı nəticələr qeyd olunub, növbəti yarımildə həyata keçirilməsi planlaşdırılan layihələrdən danışılıb.

İclasda həmçinin Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin həyata keçirdiyi tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Komitə tərəfindən hazırlanmış təhlillər və əldə olunan nəticələr diqqətə çatdırılıb.

Eyni zamanda mövcud problemlər səsləndirilib, aşkar olunan nöqsanların aradan qaldırılması üçün konkret təkliflər irəli sürülüb və onların icra mexanizmləri müzakirə edilib.