İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
"Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə sağalmalarını arzu edirik".
Qeyd edək ki, İraqda ticarət mərkəzində baş verən yanğında 50 nəfər ölüb.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar