Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
“İki sahil” xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
XİN: Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür
Qərbi Azərbaycan İcması Ermənistanın mövqeyini Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi dəyərləndirib
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib