Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı yerli medianın sualını cavablandırıb.
“İki sahil” Xarici İşlər Nazirliyinin mətbuat katibinə ünvanlanmış sualı və Ayxan Hacızadənin cavabını təqdim edir.
-Son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib. Bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?
-Suriyada baş verən prosesləri yaxından izləyirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar