Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, həmçinin sıx və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərilən səylərdən məmnunluq ifadə olunub.
Nazirlər həmçinin çoxtərəfli platformalarda, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində məhsuldar əməkdaşlığı qeyd ediblər.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib