Azərbaycan ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.
“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb.
“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.
Döğvlət başçısı qeyd edib ki, bir çox məsələlər bizi birləşdirir.
"Tramp administrasiyası ilə əlaqələr yaxşıdır. Ümid edirik müsbət tendensiyalar davam edəcək. Artıq bu görünür. Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük. Onlar Ermənistan Azərbaycan arasında uzunmüddətli münaqişənin həllinə töhfələrini verməyə çalışırlar. Düşünürəm ki, gələcəkdə biz daha çox xəbərləri eşidəcəyik”.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib