Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik və təhlükəsizlik, inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni, bağlantı layihələrinin təşviqi baxımından bu, mühüm amildir.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
Qonşularla xoş münasibətlər olmadığı təqdirdə, ölkənin tranzit ölkə ola bilməyəcəyini vurğulayan dövlət başçısı qeyd edib:
“Biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də aktiv diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Son 10 il ərzində biz etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu günə qədər də bu, məhz belə olub”.
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar