Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə deyib.
“Təəssüf ki, son beş il ərzində Ermənistan tərəfi (Zəngəzur dəhlizi ilə bağlı- red.) heç bir iş görməyib. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək”, - Prezident İlham Əliyev bildirib.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib