Son 20 ildə Azərbaycana xarici investisiyalar təxminən 200 milyard ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın aparıcı beynəlxalq şirkətlərlə yaxşı əlaqələri var: "Onların bir çoxu ilə biz investor kimi işləyirik. Vəsaitlərimizi beynəlxalq şirkətlər vasitəsilə investisiya edirik. Eyni zamanda, enerji sektoruna xarici investisiyaların cəlb edilməsində yaxşı təcrübəyə malikik. Son 20 ildə Azərbaycana təkcə xarici investisiyalar təxminən 200 milyard ABŞ dolları təşkil edib. Beləliklə, ölkə, artıq dediyim kimi, sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var".
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib