Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir tarixi presedentdir. Mənə elə gəlir ki, bu, həmin əhvalatın sonu deyil, başlanğıcıdır.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Bizim neokolonializmlə bağlı mövqeyimiz tam aydındır. Bu o deməkdir ki, bu, hər hansı ikitərəfli gündəliyə bağlı olan bir məsələ deyil”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi elə sədrliyimizin ilk ilində dekolonizasiyanı təşviq edirdik və müstəmləkə olan sahələrin müstəqilliyi, onların ədalətə qovuşması, beynəlxalq təşkilatlar tərəfindən müstəqil qərarların qəbul olunmasının carçısı idik.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib