Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu zamanı bildirib.
"Üç il ardıcıl gözəl Şuşa şəhərində Qlobal media forumu keçirilir. Niyə məhz bu şəhər? Şuşa, müəyyən mənada, Azərbaycan xalqının tarixidir, yaradıcılıq üçün ilham yeri olub. Və bir çox Azərbaycan mütəfəkkirləri, filosofları, yazıçıları, o cümlədən jurnalistləri bu şəhərdə doğulub və bu şəhərdə yaradıblar. Buna görə də, bu ənənəni davam etdirərək, biz ilhamverici nəğməni Şuşa şəhərinə qaytarmaq istərdik", - deyə o bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Şuşada forum təşkil etməklə Azərbaycan ilhamverici və yaradıcı mühit və atmosfer yaratmağa çalışır ki, burada üzləşdiyimiz problemlər haqqında yeni fikirlər təklif etmək və tövsiyə vermək mümkün olsun. (Report)
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib