İndi süni intellektlə və ümumiyyətlə rəqəmsallaşma ilə baş verənlər insan inkişafının növbəti mərhələsidir. Hazırda insan süni intellektin yaratdığı materialları ayırd edə bilir. Eynilə bunlar informasiya platformasında da baş verir. Biz jurnalistlər üçün bu, yeni çağırışdır. Burada fərqi daha da hiss etmək və anlamaq çox vacibdir. Tənqidi düşüncəni inkişaf etdirməyi öyrənməliyik.
“İki sahil” xəbər verir ki, bu sözləri III Şuşa Qlobal Media Forumunun “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” adlı panelində “Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek deyib.
Qazaxıstanda 2024-cü ildən inkişaf konsepsiyasının qəbul olunduğunu və 2029-cu ilə qədər ölkədə bütün sahələrin inkişafına kömək edən superkompüter yaradıldığını diqqətə çatdıran Aina Zadabek deyib: “Bəzi rəqəmsal müstəqillik ortaya çıxır. Hazırda Qazaxıstanda İnkişaf Mərkəzi yaradılır və 1 milyondan çox insan süni intellekt üzrə təlim keçəcək. Əgər jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, bu medianın inkişafına böyük təsir göstərəcək”.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib