Kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyin ilk illərindən həmişə sistematik şəkildə hətta psixoloji müharibə həddinə çata biləcək dezinformasiya hücumlarına məruz qalıb:
"Dünən dövlət başçısı da bu məsələ barədə ətraflı danışdı. Biz burada bir neçə kateqoriyada və bir neçə təsnifatda ölkəmizə qarşı hücumları fərqləndirməliyik. Burada ilk növbədə Qərb media dairələrindən ölkəmizə qarşı hücumlar dayanır. Ancaq bu gün nədənsə dezinformasiyadan danışarkən ilk olaraq sosial media və ya süni intellekt platformaları ön plana çəkilir. Halbuki Azərbaycanın təcrübəsində görə bilərik ki, kifayət qədər nüfuzlu media qurumları Azərbaycana qarşı sistematik şəkildə dezinformasiya kampaniyasının aparılmasına ön sıradadırlar”.
O qeyd edib ki, buradan "Le Figaro"dan başlamış digər media strukturların adını çəkmək olar.
“Həmçinin sosial media platformalarında süni intellektdən istifadə etməklə Azərbaycanın rəsmi şəxslərinin səslərini belə təhrif edəcək formada "deep fake" texnologiyası əsasında geniş dezinformasiya kampaniyası aparılır".
Prezidentin köməkçisi vurğulayıb ki, erməni diaspor dairələri Azərbaycana qarşı müxtəlif narrativlərlə - Qarabağın tarixini təhrif edərək, dini mövzuları gündəmə daşıyaraq kampaniyalar aparırlar.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib