Bu mənim Şuşaya 3-cü səfərimdir. Artıq görürəm ki, Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Pakistanın DND xəbər agentliyinin direktoru Ağa İqrar Harun deyib.
O qeyd edib ki, ilk dəfə Şuşaya şəhərin işğaldan azad edilməsindən qısa müddət sonra gəlib: “O zaman Şuşadakı vəziyyət indiki kimi deyildi. Ancaq indi tamamilə yenidən qurulmuş şəhər görürəm. Mən Füzulidən və Şuşadan olan insanlarla həmsöhbət zamanı bu ərazilərin ermənilər tərəfindən işğal edildiyi barədə, yerli əhalinin çəkdiyi əzablar və itkiləri barədə hekayələrini eşitmişəm”.
Hər dəfə bura səfər edərkən Azərbaycanda yeni məlumatlar öyrəndiyinə diqqət çəkən Forum iştirakçısı deyib: “Dünən Azərbaycan Prezidenti İlham Əliyevin regionla və qlobal sülhün konsepti ilə bağlı fikirləri, geniş və məzmunlu çıxışı olduqca yaddaqalan oldu”.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib