Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan dövlət başçısının sözləri nur.kz, aikyn.kz, arbatmedia.kz, exclusive.kz, el.kz və ulysmedia.kz kimi resurslarda dərc olunub.
Dövlət başçısına istinadla Şuşa Media Forumunun artıq ənənəvi tədbirə çevrildiyi bildirilir: “Ümid edirəm ki, bu ənənə davam edəcək. Zaman keçdikcə qonaqlarımızın sayı artır, coğrafi əhatə genişlənir”, - deyə bu ölkənin mətbuatı Prezident İlham Əliyevdən sitat gətirir.
Qazaxıstan mətbuatı Prezident İlham Əliyevə istinadla danışıqlar prosesinin keçdiyi illər ərzində Azərbaycanın ünvanına dəfələrlə işğalı qəbul etməyə çağırışların səsləndirildiyi barədə yazıb: “Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu”.
Bundan əlavə, nəşrlərdə dövlət başçısına istinadla BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə də məlumat verilir. Bu tədbirdə iştirak etmək üçün Azərbaycana gələnlərin sayının bu mövzunun əhəmiyyətini əyani şəkildə nümayiş etdirdiyi ilə bağlı sitat gətirilir.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib