22 iyul 2025 09:52
111

Xırdalanda fəhlə 3-cü mərtəbədən yıxılaraq ölüb

Xırdalanda fəhlə 3-cü mərtəbədən yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.