22 iyul 2025 14:25
151

Tramp ABŞ-ı YUNESCO-dan çıxarmaq qərarına gəldi

Ağ Ev ABŞ prezidenti Donald Trampın ABŞ-ı YUNESKO-dan çıxmaq qərarına gəldiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, YUNESCO-da anti-Amerika və anti-İsrail əhval-ruhiyyəsi üstünlük təşkil edir və hökumət əleyhinə  gündəm yürüdür.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib: “Prezident Tramp ABŞ-ı YUNESCO-dan, amerikalıların noyabrda səs verdiyi sağlam düşüncə və siyasətlə tamamilə zidd olan mübahisəli, bölücü mədəni və sosial məsələləri dəstəkləyən təşkilatdan çıxarmaq qərarına gəlib”.

May ayında Tramp BMT orqanlarına əksər məcburi və bütün könüllü töhfələrin dayandırılmasını təklif etmişdi.